İcarəyə götürdüyü avtomobili satdı - Xaçmazda


17:27     06 Aprel 2015 pulll.jpg

Avtomobildən oğurluq edən şəxsin dələduzluq etdiyi də üzə çıxıb.


Femida.az-ın Daxili İşlər Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, martın 25-də Xaçmaz şəhərində şəhər sakini Elşad Əhmədova məxsus “VAZ-21011” markalı avtomobildən qohumu Elmin Kərimova məxsus 3000 manat və mobil telefon oğurlanıb.

 

Xaçmaz Rayon Polis Şöbəsinin əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisənin şəhər sakini Xətai Əliyev tərəfindən törədildiyi müəyyən edilib. Araşdırmalar zamanı X. Əliyevin cari il fevral ayının 15-də “055 Cars” şirkətinə məxsus “Opel” markalı avtomobili icarə əsasında 30 günlük götürməsi, lakin avtomobili geri qaytarmayaraq sənədlərini saxtalaşdırıb Xaçmaz şəhər sakini Fariz Ağayevə satdığı da müəyyənləşdirilib.

 

Rayon Polis Şöbəsinə dəvət olunan F. Ağayev avtomobilin sənədlərini polisə təqdim edib.


Femida.az

Açar sözlər:

Oxunub: 715