AŞPA parlament seçkilərini müşahidə edəcək


20:41     26 Oktyabr 2015 parlament1.jpg

Avropa Şurası Parlament Assambleyası (AŞPA) Monitorinq Komitəsinin Azərbaycan üzrə məruzəçiləri noyabrın 1-də Azərbaycanda keçiriləcək parlament seçkilərini müşahidə edəcəklər.


Femida.az-ın AŞPA-nın saytına istinadən verdiyi məlumata görə, AŞPA Monitorinq Komitəsinin Azərbaycan üzrə həmməruzəçiləri Tadeuş İvinski və Aqustin Konde, həmçinin Hüquqi məsələlər və İnsan haqları komitəsində Azərbaycanda insan haqlarının vəziyyəti ilə bağlı hesabatın məruzəçisi Pedro Aqramunt seçkiləri müşahidə etmək üçün Azərbaycana gələcəklər.

Onlar 30 nəfərlik AŞPA seçki müşahidə missiyasının tərkibinə daxildirlər.

Müşahidə missiyasının Azərbaycana səfəri oktyabrın 30-da başlayacaq.

Açar sözlər:

Oxunub: 894