Nida Vətəndaş Hərəkatının üzvləri azadlıqda - FOTO

Nida Vətəndaş Hərəkatının üzvləri azadlıqda - FOTO


13:13     17 Mart 2019 2019/03/7155d3cc-5170-4ddb-86e9-99d0d67bebaf_3105628178.jpg


Nida Vətəndaş Hərəkatının üzvləri İlkin Rüstəmzadə və Bayram Məmmədov azadlığa buraxılıb.


Femida.az xəbər verir ki, onlar Prezident İlham Əliyevin imzaladığı “Məhkum edilmiş bir sıra şəxslərin əfv olunması haqqında” sərəncamı ilə azad olunublar.

Hər iki şəxs Ədliyyə Nazirliyi Penitensiar xidmətin 13 saylı cəzaçəkmə müəssisəsindən azadlığa buraxılıb və onlara arayışları təqdim olunub.

Qeyd edək ki, Prezident İlham Əliyevin martın 16-da imzaladığı "Məhkum edilmiş bir sıra şəxslərin əfv olunması haqqında" sərəncamı, ümumilikdə, 431 nəfərə şamil olunub.

Xatırladaq ki, İ.Rüstəmzadə 2013-cü ilin mayında həbs olunmuş və 2014-cü il mayın 6-da Bakı Ağır Cinayətlər Məhkəməsinin hokmü ilə 8 il azadlıqdan məhrum edilmişdi. B.Məmmədov isə 2016-cı il mayın 10-da həbs olunmuş və Bakı Ağır Cinayətlər Məhkəməsinin hokmü ilə 10 il azadlıqdan məhrum edilmişdi. / Report



Femida.az

Açar sözlər:

Oxunub: 412


Oxşar xəbərlər