Azadlığa buraxılanlar arasında müdafiə nazirinin sabiq müavini də var


14:35     17 Mart 2019 19_03_17_1552819109.jpg

Müdafiə nazirinin sabiq müavini Mehman Səlimov azadlığa buraxılıb.

Femida.az-ın Report-a istinadən nəlumatına görə, qərar Prezident İlham Əliyevin imzaladığı “Məhkum edilmiş bir sıra şəxslərin əfv olunması haqqında” sərəncamı çərçivəsində Ədliyyə Nazirliyi Penitensiar xidmətin 10 saylı cəzaçəkmə müəssisəsində icra olunub.

Qeyd edək ki, M.Səlimov 2016-cı ildə Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 8 il müddətinə azadlıqdan məhrum edilib. O, Cinayət Məcəlləsinin 179.3.2-ci (mənimsəmə - külli miqdarda törədildikdə) və 308.2-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə etmə) maddələri ilə ittiham olunub. M.Səlimov 1995-1999-cu illərdə Azərbaycan müdafiə naziri Səfər Əbiyevin siyasi və ictimai işlər üzrə müavini olub.

Xatırladaq ki, sərəncam, ümumilikdə, 431 nəfərə şamil olunub.
Femida.az

Açar sözlər:

Oxunub: 559