Bakıda avtobus qəzaya uğrayıb


14:56     17 Mart 2019 19_03_17_1552820239.jpg

Bakıda sərnişin avtobusu qəzaya uğrayıb.

Hadisə Qaradağ rayonunda, kənar dairəvi yolda qeydə alınıb.

Belə ki, Bakıdan Astaraya qeyri-müntəzəm marşrut xətti üzrə hərəkət edən “Temsa” markalı sərnişin avtobusu təkərində baş verən nasazlığa görə yoldakı dəmir arakəsmələrə çırpılıb. Nəticədə Lökbatan dairəsi istiqamətində böyük tıxac yaranıb.

Faktla bağlı araşdırma aparılır.

Femida.az

Açar sözlər:

Oxunub: 386