Əfv sərəncamının icrası başa çatdı
15:58 17 Mart 2019
Prezident İlham Əliyevin imzaladığı məhkum edilmiş bir sıra şəxslərin əfv olunması haqqında sərəncamın icrası başa çatıb
Femida.az xəbər verir ki, sərəncam ümumilikdə 431 nəfərə şamil olunub.
Sərəncamda məhkum olunmuş bir sıra şəxslərin, onların ailə üzvlərinin, insan hüquqları üzrə müvəkkilin, insan hüquqlarının müdafiəsi təşkilatlarının Azərbaycan Respublikası Prezidentinə ünvanlanmış əfv haqqında müraciətlərinə baxıldığı, məhkumların şəxsiyyətinin, səhhətinin, ailə vəziyyətinin, cəza çəkdikləri müddətdə davranışlarının nəzərə alınaraq, humanizm prinsiplərinə əsaslandığı qeyd edilib.
Sərəncama əsasən, azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş 399 nəfər cəzasının çəkilməmiş hissəsindən azad edilib. Bundan başqa, ömürlük azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş üç nəfərdən birinin cəzası 25, iki nəfərinki isə 20 il müddətə azadlıqdan məhrum etmə cəzası ilə əvəzlənib.
Azadlıqdan məhrum etmə cəzasına məhkum olunan və cəzasının çəkilməsi təxirə salınmış bir nəfər cəzadan azad edilib. Həmçinin azadlıqdan məhrumetmə cəzasına şərti olaraq məhkum edilmiş 11 nəfər cəzadan azad olunub. Eləcə də azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş bir nəfər cəzasının çəkilməmiş hissəsindən azad edilib. Üç nəfər islah işləri cəzasından, bir nəfər ictimai işlər cəzasından, 12 nəfər isə cərimə cəzasından azad edilib.
Femida.az
Oxunub: 663
Oxşar xəbərlər
- Əfv sərəncamının icrasına başlanılıb
- Əfv və amnistiya ilə azadlığa buraxılanların sayı açıqlandı
- Əfv sərəncamının icrası başa çatdı - 475 nəfər azadlığa çıxdı
- Əfv sərəncamı 17 saylı cəzaçəkmə müəssisəsində icra olundu
- Əfv sərəncamı 6 və 7 saylı cəzaçəkmə müəssisələrində icra olunub
- Əfv sərəncamı 1 saylı müəssisədə icra olundu
- Əfv olunan 11 qadın azadlığa buraxıldı
- Əfv olunanlardan üçü ömürlük məhkumdur
- Əfv Komissiyasının iclası keçirilib, baxılan müraciətlərin sayı 950-ni ötüb
- Əfv Komissiyasının növbəti iclasının vaxtı məlum olub