“Qərb bizə təzyiq edir” - Oqtay Əsədov


20:41     26 Oktyabr 2015 trend_oktay_asadov_2409094.jpg

“Azərbaycan Rusiya əleyhinə tətbiq olunmuş sanksiyalara qoşulmaqdan imtina etdiyinə görə Qərbin təzyiqlərinə məruz qalır”.


Femida.az-ın sia-ya istinadən verdiyi məlumata görə, bu sözləri Milli Məclisin sədri Oqtay Əsədov deyib.

O bildirib ki, Azərbaycan Respublikasının Prezidenti müstəqil siyasət həyata keçirmək istəyir və buna görə də Rusiyaya qarşı tətbiq olunmuş sanksiyaları dəstəkləmir. Bu isə Qərbi qane etmir”.

Oqtay Əsədov bu fikirləri rusiyalı jurnalistlərlə olan görüşü zamanı səsləndirib. O qeyd edib ki, Azərbaycan öz əlaqələrini yürütdüyü siyasətə uyğun olaraq davam etdirəcək:

“Prezident İlham Əliyev müstəqil siyasət aparmaq istəyir, lakin bu, bir çoxlarının xoşuna gəlmir. Bütün təzyiqlərin əsl səbəbi budur”.

Açar sözlər:

Oxunub: 970