Məmmədyarovun Latın Amerikası ölkələrinə səfəri başladı


16:42     17 Mart 2019 XİN%20Elmar%20Məmmədyarov%20slovaiya.jpg

Xarici işlər naziri Elmar Məmmədyarov Latın Amerikası ölkələrinə rəsmi səfərə yola düşüb.

XİN-dən Femida.az-a verilən məlumata görə, xarici işlər naziri Elmar Məmmədyarov Çili Respublikası, Argentina Respublikası, Uruqvay Şərq Respublikası və Paraqvay Respublikasına rəsmi səfərə yola düşdü. Səfər çərçivəsində xarici işlər nazirinin bu ölkələrdə ikitərəfli görüşlərinin keçirilməsi, eləcə də Buenos-Aires şəhərində keçiriləcək Cənub-Cənub Əməkdaşlığı üzrə BMT-nin Yüksək Səviyyəli Konfransında iştirakı nəzərdə tutulub.

Femida.az

Açar sözlər:

Oxunub: 332