Çavuşoğlu 51 müsəlmanın öldürüldüyü şəhərə getdi


17:15     17 Mart 2019 19_03_17_1552828820.jpg

Türkiyənin Xarici İşlər naziri Mövlud Çavuşoğlu və Prezidentin köməkçisi Fuad Oqtay Yeni Zelandiyanın Kraystçerç şəhərinə səfər edib.

Femida.az Axar.az-a istinadən xəbər verir ki, türk nümayəndə heyətinin təyyarəsi yerli vaxtla 18:00-da hava limanına eniş edib.

Türk rəsmiləri hava limanında Türkiyə səfiri Əhməd Ərgin qarşılayıb. Çavuşoğlu və Oqtay burada Yeni Zelandiyanın Xarici İşlər naziri Uinston Peterslə görüşüblər.

Qeyd edək ki, Yeni Zelandiyanın Kraystçerç şəhərində silahlı şəxs məscidə hücum edib. Hücum nəticəsində son məlumata görə ölənlərin sayı 51 nəfərə çatıb.

Femida.az

Açar sözlər:

Oxunub: 403