Pakistanda qatar partladıldı: 4 ölü, 10 yaralı


17:56     17 Mart 2019 2019/03/75DDD3DA-42D8-4C1B-8BEA-53F852D142E8_1552831129.jpeg

Pakistanın Bəlucistan bölgəsində sərnişin qatarına bombalı hücum olub.

Femida.az xəbər verir ki, partlayış nəticəsində 4 nəfər ölüb, 10 nəfər isə yaralanıb.

Bildirilir ki, neft və mədən sərvətlərinin bolluğu səbəbindən bölgədə arabir bu tip hadisələr törədilir. Hələlik hadisənin məsuliyyətini heç kim üzərinə götürməyib.

Terroru bölgədəki anarxist qruplardan birinin törətdiyi ehtimal edilir

Femida.az

Açar sözlər:

Oxunub: 421