“Azərbaycanda bütün müxalifət liderləri diktatordur” - Qiyas İbrahimov


18:24     17 Mart 2019 2019/03/F27F4ED4-10A3-4809-B464-0AB3F3283750_1552833160.jpeg

Prezident İlham Əliyevin ötən gün imzaladığı “Məhkum edilmiş bir sıra şəxslərin əfv olunması haqqında” sərəncamı ilə azadlığa buraxılan NİDA hərəkatının fəalı Qiyas İbrahimov "siyasi məhbus"ların bir hissəsinin azad edilməsinin Azərbaycanda siyasi dəyişikliklərin başlanğıcı olduğuna ümid etdiyini bildirib.

Femida.az -ın Virtualaz.org-a istinadən verdiyi məlumata görə, Qiyas İbrahimov KİV-ə bildirib ki, müxalif liderlərdən heç bir şey gözləməyə dəyməz, çünki onlar potensial diktatorlardır.

Sərbəst buraxılan fəal onu da vurğulayıb ki, özünü müxalifətin liderlərindən hesab etmir və özündə liderlik potensialı görmür.


Femida.az

Açar sözlər:

Oxunub: 561