Səbaildə təhlükəli top mərmisi aşkarlandı


19:43     17 Mart 2019 1407992831_top-mermisinin-govdesi-tapilib-cenubnews.jpg

Bakının Səbail rayonunda hərbi sursat aşkar olunub.

Fövqəladə Hallar Nazirliyinin mətbuat xidmətinin yaydığı məlumata görə, nazirliyin "112" qaynar telefon xəttinə daxil olan məlumat əsasında Xüsusi Riskli Xilasetmə Xidmətinin pirotexniki işlər üzrə mütəxəssisləri və kinoloji qrupu, Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyin (ANAMA) mütəxəssisləri sözügedən əraziyə cəlb olunub.

Xüsusi Riskli Xilasetmə Xidmətinin mütəxəssisləri hüquq-mühafizə orqanlarının əməkdaşları ilə birgə hadisə yerində müvafiq təhlükəsizlik tədbirləri həyata keçirib. Aşkar olunan sursata baxış zamanı müəyyən olunub ki, bu, döyüş tətbiqinə yararsız, lakin insan həyatı üçün təhlükəli olan top mərmisidir.

Sursat ANAMA-nın mütəxəssisləri tərəfindən götürülərək Agentliyin mərkəzi məhvetmə ərazisinə daşınıb. Mərminin tapıldığı əraziyə yerüstü baxış zamanı digər şübhəli əşya aşkar edilməyib.

Femida.az

Açar sözlər:

Oxunub: 495