Yasamalda yanğın - Bir nəfər öldü


10:07     18 Mart 2019 fhn-yangin-sonduren.jpg

Bakı şəhərinin Yasamal rayonunda ümumi sahəsi 20 m² olan dəmir konstruksiyalardan ibarət tikilinin içərisində əşyalar yanıb.


Fövqəladə Hallar Nazirliyindən Femida.az-a verilən məlumata görə, yanğının kəşfiyyatı zamanı 1957-ci il təvəllüdlü Malaxova Elmira İdris qızının meyiti yanğınsöndürənlər tərəfindən aşkar olunub.

Yaxınlıqdakı tikililər yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Femida.az

Açar sözlər: #Yasamal   #yanğın   #FHN  

Oxunub: 898