Bakıda elmi forum keçiriləcək


10:38     18 Mart 2019 2019/03/mef-2019-zal_1552891728.jpg

Azərbaycan Elm Assosiasiyası 2019-cu ilin 13 və 14 aprel tarixlərində sayca 2-ci olan Multidissiplinar Elmi Forum (MEF 2019) təşkil edəcək.

Femida.az xəbər verir ki, forum həm dəqiq, həm də humanitar elm sahələrini əhatə edəcək. İştirakçılara sertifikatlar veriləcək.
Saat 10:30-dan 10:45-ə qədər girişdə yoxlama qeydiyyatı aparılacaq. Giriş üçün bir günlük biletin qiyməti tələbələr üçün 12 AZN, qeyri-tələbələr üçün isə 18 AZN təşkil edir.
Biletləri MilliÖn ödəmə nöqtələrindən əldə edə bilərsiniz. Biletlərin son satiş tarixi: 6 aprel, saat 14:00.

Tələbələr tədbir keçirilən gün girişdə tələbə biletini təqdim etməlidirlər. Tədbir Avropa-Azərbaycan Məktəbinin Badamdar korpusunda baş tutacaq.

Qeyd edək ki, Elmin müxtəlif sahələrini əhatə edən Azərbaycan Elm Assosiasiyasının əsas məqsədi elmlə məşğul olan və elmə maraq göstərən insanları bir araya gətirməklə elmin inkişafına töhfə vermək və elmi cəmiyyətin formalaşmasına dəstək göstərməkdir.

Forum haqqında ətraflı məlumat üçün BURAYA daxil ola bilərsiniz.

Femida.az

Açar sözlər:

Oxunub: 593