Güclü küləklə əlaqədar XƏBƏRDARLIQ
10:50 18 Mart 2019
Bakı Şəhər İcra Hakimiyyəti (BŞİH) paytaxda müşahidə olunan güclü küləklə əlaqədar sakinlərə və sürücülərə xəbərdarlıq edib.
BŞİH Yaşıllaşdırma Təsərrüfatı Birliyinin Bitkilərin mühafizəsi şöbəsinin rəisi Orxan Məmmədov Femida.az-a bildirib ki, güclü küləyin müşahidə edilməsi ağacların aşma təhlükəsini artırır. Belə güclü külək hətta sağlam ağacları da aşıra bilər:
"Buna görə də sürücülərdən xahiş edilir ki, maşınlarını ağacların altında saxlamasınlar. Sakinlərə isə ağacların altında dayanmamaq və ehtiyatlı olmaq məsləhət görülür".
Qeyd edək ki, bu gün Bakıda və Abşeron yarımadasında küləkli hava şəraiti hökm sürür.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamenti güclü şimal-qərb küləyi əsəcəyi ilə bağlı xəbərdarlıq etmişdi.
Femida.az
Oxunub: 376
Oxşar xəbərlər
- Güclü külək əsəcək, yağış yağacaq - XƏBƏRDARLIQ
- Güclü külək əsəcək - XƏBƏRDARLIQ
- Güclü geomaqnit qasırğası gözlənilir
- Güclü külək Cəlilabadda ağacların bir qismini yolun hərəkət hissəsinə aşırıb
- Güclü külək əsəcək - XƏBƏRDARLIQ
- Güclü külək əsəcək, qar yağacaq, yollar buz bağlayacaq
- Güclü külək əsəcək
- Güclü külək əsəcək, intensiv yağış və qar yağacaq - XƏBƏRDARLIQ
- Güclü küləyin Milli Məclisə vurduğu ziyanla bağlı açıqlama
- Güclü külək Bakıda 11 məktəbə ziyan vurub