Goranboyda 4 otaqlı ev yanıb


11:11     18 Mart 2019 azerbaycanda%20daha%20bir%20yangin.jpg

Goranboyda ev yanıb.



Fövqəladə Hallar Nazirliyindən Femida.az-a verilən məlumata görə, rayonun Həmənli kəndində ümumi sahəsi 225 m² olan birmərtəbəli, kürsülü 4 otaqlı evin 2 otağının yanar konstruksiyaları və ev əşyaları 135 m² sahədə yanıb.

Evin qalan hissəsi və yaxınlıqdakı tikililər yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.


Femida.az

Açar sözlər:

Oxunub: 269