Qızıl istehsalı azalıb, gümüş istehsalı artıb


12:58     18 Mart 2019 1403737856_qizil-gumush_1.jpg

Bu ilin yanvar-fevral aylarında Azərbaycanda 626,9 kq qızıl istehsal edilib.



Femida.az-ın Dövlət Statistika Komitəsinə istinadən verdiyi məlumata görə, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 53,7% azdır.

Bu il martın 1-nə 109,8 kq hazır məhsul ehtiyatı yaranıb.

Bundan başqa, iki ay ərzində ölkədə 843,7 kq gümüş istehsal edilib ki, bu da illik müqayisədə 4,8 dəfə çoxdur.

Bu il martın 1-nə 213,9 kq hazır məhsul ehtiyatı yaranıb.

Femida.az

Açar sözlər:

Oxunub: 425