3 min azərbaycanlının şəhid olduğu Çanaqqala zəfərindən 104 İL ÖTÜR


13:58     18 Mart 2019 19_03_18_1552903406.jpg


Türkiyədə Çanaqqala zəfərinin 104-cü ildönümü qeyd edilir. Türkiyə Cümhuriyyəti qurulduqdan sonra ingilis və fransız donanmalarının geri çəkildiyi gün, 18 mart hər il Çanaqqala Şəhidlərinin Anım günü olaraq qeyd olunur.

Femida.az xəbər verir ki, Birinci dünya müharibəsi əsnasında Türkiyənin Gelibolu yarımadasında 1915-1916-ci illər arasında Osmanlı Dövləti ilə Antanta İttifaqı arasında dəniz və quru döyüşləri olmuşdu.

İttifaq Dövlətləri Osmanlı Dövlətinin paytaxtı İstanbulu alaraq boğazların idarəsini ələ keçirmək, Rusiyayla etibarlı bir qida və hərbi ticarət yolu açmaq, bununla Almaniya ilə müttəfiq ölkələrdən birini zəiflətmək istəyirdilər.



Düşmən qüvvələri ilk hədəf olaraq Çanaqqala boğazına girmişdilər. Ancaq hücumları müvəffəqiyyətsiz olmuşdu və iki tərəfin də çox ağır itkilər verməsiylə İttifaq Dövlətləri geri çəkilmişlər. Bu döyüş məhv olma vəziyyətində olan bir ölkənin möhtəşəm qələbəsi kimi olaraq əfsanələşib, hər vətəndaşın xatirəsində qalmışdır.

Müttəfiqlər üçün isə bu döyüş, hərbi bacarıqsızlıq və fəlakət simvolu olaraq yadda qalıb. Bu döyüşlərdə 3 mindən çox azərbaycanlı əsgər də şəhid olub.



Dünya tarixini dəyişdirən, bu torpaqların ən mənalı müqavimətlərdən olan Çanaqqalaya dair az məlum olan faktlar belədir:

1. Havada iki güllənin toqquşma ehtimalının 600 milyonda bir olmasına baxmayaraq müharibə sahəndə havada toqquşan yüzlərlə mərmi tapılmışdı.

2. 1 kvadrat metrə 6000 mərminin düşdüyü Çanaqqala, dünya müharibələri tarixində ən yüksək nisbətə malikdir.

3. Çanaqqala cəbhəsində rəsmi qeydlərə görə Qalatasarayın 23, Fənərbaxçanın 5, Beşiktaşın da 2 futbolçusu şəhid olmuşdur.

4. Dövrün universiteti kimi tanınan Darül Fünunun bütün son sinif tələbələri şəhid olduğu üçün o il universitet məzun verməmişdi.



5. İngiltərə və Fransa, Çanaqqalanı keçə bilmədiyi üçün müttəfiqi Çar Rusiyaya yardım edə bilməmiş və Rusiyada iri bir rejimə son qoyulmuşdu. Çanaqqala zəfəri İngiltərə və Fransanın Çar Rusiyasına göndərməyi planlaşdırdığı yardımlar boğaz vasitəsi ilə göndərilə bilinməmiş, ölkədə baş verən Bolşevik İnqilabı ilə birlikdə çar dövrü sona çatıb.

6. Çanaqqala müqavimətinin təsiri bütün dünyaya yayılmışdı. Həmçinin Çanaqqala müqaviməti, I Dünya Müharibəsinin iki il daha uzanmasına, bəzi ölkələrin sərhədlərinin dəyişməsinə və müstəmləkə altında olan ölkələrdəki milliyətçilik fikrinin yayılmasına səbəb olub.

7. İngilis əskinasları Çanaqqala sularında itdi. İngilislər müharibəni udacağına o qədər əmin idilər ki, İstanbulda istifadə etmək üçün pullarını hazırlayaraq yanlarında gətirmişdilər. Ancaq qarşıdakının Türk olduğunu unutmuş olmalıdırlar ki, “120 Gümüş Qəpik” yazan əskinaslar özləri kimi Çanaqqalanı keçə bilmədi.

8. İngilislər müharibə elan etmədən Seddülbahiri bombalamışdılar və burada 86 şəhid verilmişdi.



Femida.az

Açar sözlər: #Çanaqqala   #Türkiyə   #zəfər   #dünya  

Oxunub: 944