Bakıda sevgilisinə 33 bıçaq vuran qadına - HÖKM
14:21 18 Mart 2019
Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində Binəqədi rayonunda özündən 8 yaş kiçik sevgilisini öldürməkdə təqsirləndirilən 1987-ci il təvəllüdlü Günel Hüseynovanın cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.
Oxu.Az-ın xəbərinə görə, hakim Əfqan Hacıyevin sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.
Hökmə əsasən, G.Hüseynova 15 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.
Qeyd edək ki, qətl hadisəsi ötən il iyunun 25-də, gecə saatlarında Binəqədi rayonu, Əcəmi Naxçıvani küçəsində yerləşən “Grand” hoteldə baş verib. Həmin ərazidə Sabunçu rayon sakini G.Hüseynova sevgilisi, 1993-cü il təvəllüdlü Vüqar Atakişiyev ilə otelin ikinci mərtəbəsindəki otağı kirayələyib. Hoteldə gecələyən zaman tərəflər arasında mübahisə düşüb.
Bu zaman qadın bıçaqla oğlanın boğazına, ardınca isə qoltuq nahiyəsinə bir neçə zərbə vurub. V.Atakişiyev boğazına dəyən zərbədən sonra huşunu itirərək yerə yıxılıb və hadisə yerində keçinib.
Məlumata görə, G.Hüseynovanın V.Atakişiyevlə bir neçə il sevgi münasibətləri olub. Məlum olub ki, G.Hüseynova sevgilisini onunla rəsmi nikaha girəcəyi barədə verdiyi vədlərə əməl etmədiyi üçün öldürüb.
Oxunub: 362
Oxşar xəbərlər
- Bakıda yolların yenidən qurulmasına 4,23 milyon manat ayrılıb - SƏRƏNCAM
- Bakıda mənimsəmədə təqsirləndirilən qadının məhkəməsində şahid dindirilib
- Bakıda avtomobil 39 yaşlı kişini vurub
- Bakıda özəl klinikada 46 yaşlı kişi əməliyyatdan sonra ölüb
- Bakıda gecə satlarında atışma: Güllələnən şəxs görün kimdir - VİDEO
- Bakıda və bölgələrdə güclü külək əsəcək - XƏBƏRDARLIQ
- Bakıda avtomobil qadını vuraraq öldürüb
- Bakıda yaşayış binasında yanğın olub, xəsarət alan var
- Bakıda faciə: Ölənlər var
- Bakıda 16 yaşlı gənc sinəsindən bıçaqlanıb