İrandan Azərbaycana 84 kq heroinin keçirilməsinin qarşısı alınıb


15:35     18 Mart 2019 19_03_18_1552909096.jpg


İranın şimal-qərbində yerləşən Ərdəbil vilayətinin Biləsuvar rayonundan 84 kq heroinin Azərbaycana keçirilməsinin qarşısı alınıb.


Bunu İranın Ərdəbil vilayətinin polis rəisi Huşəng Hüseyni jurnalistlərə verdiyi açıqlamada deyib.

H.Hüseyninin sözlərinə görə, polis əməkdaşları və sərhədçilər Biləsuvar rayonunda yük maşınında yerləşdirilən heroini aşkarlayıblar.

Polis rəisi məsələ ilə bağlı 1 nəfərin saxlanıldığını bildirib.

Faktla bağlı araşdırma aparılır.

İranın Biləsuvar rayonu Ərdəbilin 165 km şimalında və Azərbaycanla sərhəddə yerləşir.

Femida.az

Açar sözlər:

Oxunub: 327