Qanunsuz ət kəsimi ən çox bu rayonlardadır

Qanunsuz ət kəsimi ən çox bu rayonlardadır


16:44     18 Mart 2019 2019/03/et_kesimi_1552913263.jpg

Qida Təhlükəsizliyi Agentliyi qanunsuz heyvan kəsimi fəaliyyətinin qarşısının alınması üçün qanunla müəyyən olunmuş qaydada ciddi tədbirlər həyata keçirir. Agentlik tərəfindən indiyədək aparılan monitorinqlər zamanı qanunsuz heyvan kəsimi ilə məşğul olan kəsim məntəqələri digər rayonlarla müqayisədə daha çox paytaxtın Nizami, Binəqədi və Yasamal rayonlarında olduğu müşahidə edilib.

Bu barədə Femida.az-ın sorğusuna cavab olaraq AQTA-dan məlumat verilib.

Məlumatda bildirilib ki, bu istiqamətdə indiyədək bir sıra qanunsuz heyvan kəsimi məntəqələrində yerli icra hakimiyyəti orqanları ilə birlikdə reydlər keçirilib.

“Bu zaman qanunsuz heyvan kəsimi məntəqələrinin sahiblərinə ciddi xəbərdarlıq edilib və yol kənarlarında qanunsuz olaraq quraşdırılan, qida təhlükəsizliyi tələblərinə uyğun olmayan bir sıra kəsim qurğuları icra hakimiyyəti orqanlarının nümayəndələri tərəfindən sökülüb.

Eyni zamanda, əhalinin təhlükəsiz qida məhsulları ilə təmin edilməsi məqsədi ilə həyata keçirilən monitorinqlərdə heyvan kəsimi sahəsində fəaliyyət göstərən sahibkarlıq subyektlərinə qanunvericiliyin tələbləri ilə yanaşı, mərkəzləşdirilmiş heyvan kəsimi məntəqələrinin fəaliyyəti ilə bağlı geniş məlumatlar verilib, maarifləndirici materiallar paylanılıb.

Eyni zamanda, Agentlik heyvan kəsimi sahəsində mövcud tələblərə uyğun fəaliyyət göstərmək istəyən sahibkarları müasir ət kəsimi məntəqələrinin yaradılmasında işitirak etməyə dəvət edir. Agentlik onlara lazım olan köməkliklər göstərib, metodiki xarakterli peşəkar yardım edəcək".

Bundan əlavə, Qida Təhlükəsizliyi Agentliyi əhalinin sağlam ət və ət məhsulları ilə təmin olunması üçün bir daha qeyri-qanuni heyvan kəsimi fəaliyyəti ilə məşğul olan şəxsləri qanunvericiliyin tələblərinə əməl etməyə və bu sahədə qanunsuz fəaliyyət göstərməməyə çağırıb.

Femida.az

Açar sözlər:

Oxunub: 148