Bakı Metrosunda problem yarandı

Bakı Metrosunda problem yarandı


17:02     18 Mart 2019 baku_metro_100215_2.jpg

Bu gün günorta saatlarında "Bakı Metropoliteni" QSC-nin “Xalqlar Dostluğu” stansiyasının işində qısa fasilə yaranıb.


Bununla bağlı xəbəri Femida.az-a təsdiq edən qurumun mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov təsdiqləyib.

"Fasilə bir neçə saniyə çəkib. Stansiyaya verilən elektrik xəttində gərginlik düşüb və qatarların hərəkətində qısa fasilə olub”.

“Azərişıq” ASC-nin mətbuat xidmətinin rəhbəri Tanrıverdi Mustafayev isə “Report”a bildirib ki, həmin vaxt paytaxtda enerji təchizatı ilə bağlı problem olmayıb: “Gərginliyin düşməsi metronun daxili sistemindən qaynaqlanan problemlə bağlıdır. “Azərişığ”ın paylayıcı sistemlərində heç bir çətinlik yaranmayıb” .

Femida.az

Açar sözlər:

Oxunub: 140