Jurnalist Anar Məmmədova hökm oxunub


18:06     18 Mart 2019 2019/01/anar-memmedov_1547216718.jpg

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində "Criminalaz.com" saytının baş redaktoru Anar Məmmədovun cinayət işi üzrə məhkəmə iclası başa çatıb.


Femida.az-ın xəbərinə görə, hakim Eldar Mikayılovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.

Hökmə əsasən, A.Məmmədov barəsində 5 il 6 ay müddətinə azadlıqdan məhrumetmə cəzası təyin edilib, Cinayət Məcəlləsinin 70-ci (şərti) maddəsi tətbiq edilməklə 2 il sınaq müddətinə cəza təyin edilib.

Xatırladaq ki, prokuror çıxışında A.Məmmədova 5 il 6 ay müddətinə azadlıqdan məhrumetmə cəzası təyin edilməsini, Cinayət Məcəlləsinin 70-ci (şərti) maddəsi tətbiq edilməklə barəsində 2 il sınaq müddətinə şərti cəza təyin olunmasını istəmişdi.

Qeyd edək ki, A.Məmmədov Cinayət Məcəlləsinin 281.2-ci (dövlət əleyhinə yönələn açıq çağırışlar), 309.2-ci (vəzifə səlahiyyətlərini aşma) və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə ittiham olunurdu.

Femida.az

Açar sözlər:

Oxunub: 500