Metropolitenin rejimi dəyişir

Metropolitenin rejimi dəyişir


17:26     18 Mart 2019 19_03_18_1552915621.jpg


Novruz bayramı günlərində “Bakı Metropoliteni” QSC fəaliyyətini istirahət günlərinin qrafikinə uyğun quracaq.


Femida.az xəbər verir ki, şəhərin müxtəlif guşələrində keçiriləcək bayram şənlikləri, xalq gəzintiləri və paytaxta təşrif buyuracaq qonaqların əsas axın istiqamətlərindən asılı olaraq, stansiyaların fəaliyyəti və qatarların iş rejimində müvafiq dəyişikliklər edilməsi üçün tədbirlər görülüb.

Bununla əlaqədar "Bakı Metropoliteni" QSC-nin sədri Zaur Hüseynovun əmrinə uyğun olaraq, tədbirlər planı hazırlanıb.

Sərnişinlərin təhlükəsizliyi və rahatlığını təmin etmək məqsədilə ehtiyat işçi qüvvəsi və texniki vasitələr, xüsusən zərurət yarandığı halda, xəttə çıxmağa hazır olan ehtiyat qatarlar nəzərdə tutulub.

Stansiyaların işçi personalının gücləndirilmiş iş rejimində fəaliyyət göstərməsi üçün əlavə növbətçilik təşkil ediləcək. Eyni zamanda stansiyaların rəhbər heyətinin növbəli iş rejimi tətbiq edilməklə, hər gün üçün növbətçilik planı tərtib olunub.

Femida.az

Açar sözlər:

Oxunub: 114