NATO-dan Rusiyaya çağırış - “Krımı Ukraynaya qaytar”


19:39     18 Mart 2019 19_03_18_1552923180.jpg

NATO Moskvaya Krım üzərində nəzarəti Ukraynaya qaytarmağı təklif edib.

Femida.az rosbalt.ru-ya istinadən xəbər verir ki, alyansın bununla bağlı bəyanatı Krımın Rusiya tərəfindən ilhaqının beşilliyi ərəfəsində yayımlanıb. Hərbi bloka daxil olan ölkələr Rusiyanın Krımı qanunsuz olaraq ilhaq edərək Ukraynanın suverenliyini pozduğunu bəyan ediblər.Qeyd edək ki, Krım və Sevastopol 2014-cü il referendumundan sonra Rusiyanın regionları sırasına daxil edilib.



Bundan başqa NATO Krım körpüsünün tikintisini və Kerç boğazındakı insidenti pisləyib. Alyans üzvləri Rusiyanın Qara dəniz regionunda hərbi gücünü artırmağı planlaşdırmasından narahatlıqlarını ifadə ediblər.

Açar sözlər:

Oxunub: 444