Yeni Zelandiyanın keçmiş baş naziri Azərbaycandadır


20:14     18 Mart 2019 19_03_18_1552924022.jpg

Yeni Zelandiyanın keçmiş baş naziri Ceyms Bolger və xanımı Azərbaycandadır.

Femida.az xəbər verir ki, bu haqda Regional Hüquq və Iqtisadi Maarifləndirmə Içtimai Birliyinin tədbirində millət vəkili Azay Quliyev məlumat verib.

O, qeyd edib ki, hər iki şəxs adıçəkilən tədbirə qatılıb. Millət vəkili Yeni Zelandiyada baş verən terror aktını pislədiyini bildirib, qonaqlara və zeland xalqına başsağlığı verib.

O, qeyd edib ki, terrordan əziyyət çəkən bir xalq və dövlət olaraq, Azərbaycan hər zaman terroru lənətləyib və bu ağır günlərdə də zelandların yanındadır.

Sonra millət vəkili Qənirə Paşayeva da Yeni Zelandiyanın keçmiş baş nazirinə və xanımına tədbirə qatıldıqlarına görə minnətdarlığını bildirib, həmçinin, ölkələrimiz arasında əməkdaşlığın daha da genişlənəciyinə əminliyini ifadə edib.

Açar sözlər:

Oxunub: 357