Antalyadan Bakıya birbaşa uçuşlar olacaq
21:30 18 Mart 2019
"Türk Hava Yolları" (THY) martın 31-dən Antalya-Bakı-Antalya istiqamətində birbaşa uçuşlara başlayır.
THY-dan Femida.az -a verilən məlumata görə, ilk mərhələdə martın 31-dən mayın 29-dək baş tutacaq uçuşlar həftənin bazar ertəsi, çərşənbə və bazar günlərində Antalya-Bakı reysi reallaşdırılacaq. Əks istiqamətdə olan Bakı-Antalya reysi isə həftənin bazar ertəsi, çərşənbə axşamı və cümə axşamı həyata keçiriləcək.
İyunun 1-dən isə Antalya-Bakı-Antalya istiqamətində aviareyslər gündəlik rejimdə baş tutacaq.
Təyyarələrin uçuş saatları yerli vaxtla Antalya-Bakı (AYT BAK) 23:55-3:40, Bakı-Antalya (BAK AYT) 05:15-70:25 göstərilib.
Qeyd olunan istiqamətlərdə biletlər artıq satışa təqdim edilib.
Femida.az
Oxunub: 473