Niderlandda insanları güllələyən şəxs türk imiş


22:22     18 Mart 2019 19_03_18_1552935275.jpg


Niderlandın Utrext şəhərində tramvayda baş verən silahlı insidentlə bağlı yeni təfərrüatlar ortaya çıxıb.

Femida.az azvision.az xəbər verir ki, 3 nəfərin ölümü,9 nəfərin yaralanması ilə nəticələnən qanlı cinayəti törədən şəxs Türkiyə vətəndaşı Gökmen Tanışdır.

Türkiyə mətbuatında yer alan məlumata əsasən, Gökmen Tanış ailə məsələsi ilə əlaqədar tramvayda olan yaxınına, sonra həmin yaralı şəxsə yardım etmək istəyən insanlara atəş açaraq hadisə yerindən qaçıb.

İlkin araşdırma zamanı onunla bağlı bəzi faktlar aşkar edilib. Müəyyən edilib ki, Gökmen Tanışın atası hazırda Türkiyədə yaşayır.

Mehmet Tanış jurnalistlərə açıqlamasında Gökmenin onun oğlu olduğunu təsdiqləyib. Bildirib ki, adı cinayətdə hallanan şəxs birinci evliliyindən olan oğludur. Belə ki, Mehmet Tanış 2008-ci ilədək ailəsi ilə birlikdə Niderlandda yaşayıb. Sonra həyat yoldaşından ayrılaraq, Türkiyəyə geri dönüb. Dediyinə görə, həmin vaxtdan oğlu ilə əlaqəsi yoxdur.

"Gökmenlə heç bir əlaqəm yoxdur. Onu sonuncu dəfə 11 il əvvəl görmüşəm. Mən onları, onlar da məni atıblar. Danışmırıq. Əgər o, belə bir cinayət törədibsə, cəzasını çəkməlidir. Əqli probleminin olub-olmaması barədə bir söz deyə bilmərəm. münasibətimiz yoxdur".

Femida.az

Açar sözlər:

Oxunub: 547