Polis orqanları 22 cinayətin üstü “isti izlər”lə açıb

Polis orqanları 22 cinayətin üstü “isti izlər”lə açıb


11:18     19 Mart 2019 2019/03/db09a131-48a1-41ff-a9d6-ca819afbf234_1552984791.jpg


Ötən gün daxili işlər orqanlarında qeydə alınan cinayət faktları və hadisələr haqqında statistik məlumatlar açıqlanıb.


DİN-in mətbuat xidmətindən Femida.az-a verilən məlumata görə, martın 18-də ölkədə 22 cinayətin üstü “isti izlər”lə açılıb.

Əvvəlki dövrlərdən bağlı qalan 16 cinayətinaçılması təmin olunub.

Axtarışda olduğuna görə ümumilikdə 41 nəfər, o cümlədən mülki-hüquqi öhdəliklərin icrasından yayındığına görə 4 nəfər, borclu şəxs qismində axtarışda olan 16 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.

Daxili işlər orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 14 fakt müəyyən edilib.

Cinayət törətməkdə şübhəli bilinən 39 nəfər saxlanılıb.

Femida.az

Açar sözlər:

Oxunub: 209