Azərbaycan buğda idxalını artırıb


12:58     19 Mart 2019 bugda.jpg

Buğda idxalı Azərbaycanın ümumi idxalının 2,56%-ni təşkil edib.


2019-cu il yanvar-fevral ayları ərzində Azərbaycan 55 438,81 min dollar dəyərində 249 932 ton buğda idxal edib.

Dövlət Gömrük Komitəsinin verdiyi məlumata görə, bu həcm baxımından 2018-ci ilin yanvar-fevral ayları ilə müqayisədə 34 612,54 ton və ya 16,07% çoxdur. Məbləğ baxımından isə illik nisbətdə 17 594,89 min dollar və ya 46,49% çoxdur.

Bu ilin yanvar-fevral aylarında buğda idxalı Azərbaycanın ümumi idxalının 2,56%-ni təşkil edib.

Qeyd edək ki, Azərbaycanın 2 aylıq ticarət dövriyyəsinin 3,152 mln. dolları ixracın, 2,166 milyard dolları isə idxalın payına düşüb. Son bir ildə ixrac 42,6%, idxal isə 49,2% artıb.

Femida.az

Açar sözlər:

Oxunub: 319