Bakıda yeniyetmə qızı döydülər


13:05     19 Mart 2019 qadin6.jpg

Paytaxtda yeniyetmə qızı döyən Ağstafa sakini saxlanılıb.


Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən Femida.az-a verilən məlumata görə, Xətai RPİ 36-cı PB əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində martın 12-də Bakı şəhər sakini olan bir yeniyetmə qızı döyməkdə şübhəli bilinən Ağstafa rayon sakini R.Xaşalov saxlanılıb.

Ətrafında aparılmış əməliyyat tədbirləri ilə onun yanvarın 21-də daha bir qadının mobil telefonunu soyğunçuluq yolu ilə alması da müəyyən edilib.

Femida.az

Açar sözlər:

Oxunub: 408