Prokuror gömrük generalına 5 il 6 ay həbs istədi


13:44     19 Mart 2019 19_03_19_1552988679.jpg

Bakı Ağır Cinayətlər Məhkəməsində dərman vasitələrinin qanunsuz dövriyyəsi və qaçaqmalçılıqda ittiham olunan xarici ölkə vətəndaşı Ateş Atanur, Dövlət Gömrük Komitəsinin Tibbi Xidmət İdarəsinin keçmiş rəisi, general-mayor Fikrət Qədiməliyev, Cəmil Mehtiyev, Əlamət Quliyev, Anar Məmmədov, Vasif Xıdırov, Elnur Məmmədov və Fərman Məmmədlinin cinayət işi üzrə növbəti məhkəmə prosesi keçirilib.


Femida.az-ın virtualaz.org-a istinadən xəbərinə görə, prosesdə dövlət ittihamçısı çıxış edərək general-mayor Fikrət Qədiməliyevin 6 il müddətinə azadlıqdan məhrum edilməsini və məhkəmə zalından həbs edilməsini istəyib. Ev dustaqlığında olan Elnur Məmmədov barəsində şərti cəza təyin edilməsi, Dövlət Gömrük Komitəsinin Tibbi Xidmət İdarəsinin rəisi müavini Fərman Məmmədlinin 5 il 6 ay, Vasif Xıdırov, Cəmil Mehtiyevi və Atəş Atanurun 3 il 6 ay müddətinə azadlıqdan məhrum edilmələri, həbsdə olan Əlamət Quliyev və Anar Məmmədova şərti cəza təyin edilməsi və məhkəmə zalından azadlığa buraxılmaları istənilib.

Məhkəmə prosesində fasilə elan edilib.

Femida.az

Açar sözlər:

Oxunub: 380