Deputatlarımız ABŞ-a səfər edəcəklər


18:12     19 Mart 2019 milli-meclis.jpg

Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri Səməd Seyidov, millət vəkilləri Sahibə Qafarova və Asim Mollazadə martın 23-də Vaşınqtona səfərə gedəcəklər.


Bu barədə Femida.az-a Milli Məclisdən məlumat verilib.

Deputatlar ABŞ Konqresində bir sıra görüşlər keçirəcək, parlamentlərarası əlaqələrin inkişafı, digər məsələlərlə bağlı müzakirələr aparacaq, qanun yaradıcılığı sahəsində təcrübələrini bölüşəcəklər.

Səfər martın 30-da başa çatacaq.

Femida.az

Açar sözlər:

Oxunub: 550