Azərbaycanlılar Rusiyada sağlamlıq üçün təhlükəli mallar satıb


18:33     19 Mart 2019 19_03_19_1553001348.jpg

Rusiyanın Velikiy Novqorod şəhərində Azərbaycan vətəndaşı Ələddin Əhmədov və Novqorod sakini Xəyyam Qədirova hökm oxunub.


“News.novgorod.ru” nəşrinin məlumatına görə, onlar istehlakçıların sağlamlığı üçün təhlükəli malların saxlanılması, daşınması və satışında təqsirli bilinib.

Məhkəmə müəyyən edib ki, müttəhimlər 2017-ci ilin may ayından 2018-ci ilin aprel ayına kimi Tütitsa və Mesnoy Bor kəndləri arasında yerləşən M10 avtomagistralında, həmçinin Novqorod rayonunun Povodye və Krasnıye Stanki kəndlərində spirt tərkibli məhsulların satışı ilə məşğul olub. Satılan malın istifadə üçün yararsız olduğu və tərkibində zəhərli maddənin olduğu deyilir.

Qeyd olunan müddət ərzində müttəhimlər “yoxlama satışı” çərçivəsində ümumilikdə 80 litrdən çox həcmdə olan 22 kanistr satıb. Satılan mala görə 14 min rubl (təx. 400 manat) əldə ediblər.

Regional prokurorluq, hər iki müttəhimin törətdiyi əmələ görə günahını boynuna aldığını bildirib. Məhkəmə A.Əhmədovun 2 il 3 ay müddətinə icbari işlərə cəlb olunması və aylıq qazancından 10 faizin tutulması ilə bağlı qərar çıxarıb. X.Qədirov isə üç il müddətinə icbari işlərə cəlb olunacaq və onun da qazancının 10 faizi tutulacaq.

Açar sözlər:

Oxunub: 447