Keçmiş məhkum yenidən cinayət törətdi


18:43     19 Mart 2019 polis.jpg

Gəncə şəhər Baş Polis İdarəsinin Kəpəz rayon Polis İdarəsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində ötən ilin oktyabr ayında şəhər ərazisindəki evdən oğurluq edən şəxs saxlanılıb.
DİN Mətbuat Xidmətinin Gəncə regional qrupundan Femida.az -a verilən məlumata görə aparılan araşdırmalarla müəyyən edilib ki, Gəncə şəhər sakini, əvvəllər məhkum olunmuş 29 yaşlı Vidadi İsmixanov oktyabr ayının 3-də şəhər ərazisindəki evlərdən birinə gizli yolla daxil olaraq oradan 1000 ABŞ dolları nağd pulu və 350 manat dəyərində 1 ədəd kompyuteri oğurlayıb.

V. İsmixanov saxlanılaraq istintaqa təhvil verilib. Faktla bağlı araşdırma aparılır.

Açar sözlər:

Oxunub: 341