Hesablama Palatasının növbəti kollegiya iclası keçirilib


17:25     19 Mart 2019 hesablama-palat_com.jpg

Hesablama Palatasının növbəti Kollegiya iclasında 2018-ci il üçün İş planı üzrə aparılmış bir sıra audit tədbirləri üzrə həyata keçirilmiş monitorinqin nəticələrinə dair auditor hesabatları dinlənilib.



Palatadan Femida.az-a verilən məlumata görə, monitorinqlər Hesablama Palatası Kollegiyasının müvafiq qərarlarının icra vəziyyətini, o cümlədən bu qərarların icrasına dair qurumlar tərəfindən təqdim edilmiş məktublarda əks etdirilmiş məlumatların nəzarət obyektində yoxlanılmasını əhatə edib.

İclasda auditor hesabatları müzakirə edilmiş və müvafiq qərarlar qəbul olunub.

Femida.az

Açar sözlər:

Oxunub: 353