Sabunçuda evdən külli miqdarda narkotik götürüldü


17:33     19 Mart 2019 narkotik1.jpg

Sabunçu rayonunda evdən külli miqdarda narkotik vasitə aşkar edilib.

Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən Femida.az-a verilən məlumata görə, Sabunçu rayon Polis idarəsi 42-ci polis bölməsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat nəticəsində narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olan paytaxt sakini, əvvəllər dəfələrlə məhkum olunmuş Rüstəm İmanov saxlanılıb.

Bölmədə onun üzərində şəxsi axtarış aparılan zaman 3,884 qram narkotik vasitə olan tiryək aşkar edilərək götürülüb.

Əməliyyat tədbirlərinin davamı olaraq R.İmanovun yaşadığı Ləhiş bağlar massivindəki mənzilə də polislər tərəfindən baxış keçirilib. Oradan isə həmin şəxsə məxsus ümumi çəkisi 1 kiloqram 7 qram narkotik vasitə olan heroin, 6 ədəd süngü-bıçaq və 1 ədəd kustar üsulla hazırlanan balta aşkar edilərək götürülüb.

Faktla bağlı saxlanılan şəxs barəsində 42-ci polis bölməsində toplanan material Sabunçu rayon Polis idarəsinin İstintaq şöbəsinə göndərilib, araşdırmalar davam etdirilir.

Femida.az

Açar sözlər:

Oxunub: 286