Novruz bayramına aid poçt markaları buraxılıb
17:52 19 Mart 2019
Bu gündən etibarən Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi “Azərmarka” MMC tərəfindən Novruz Bayramına həsr olunmuş poçt markaları dövriyyəyə buraxılıb.
Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyindən Femida.az-a verilən məlumata görə, buraxılış 6 markadan ibarət kiçik vərəq formasındadır. Markalar “Bahar qızı” “Keçəl” və “Kosa” kimi Novruz atributlarına həsr olunub. Eyni zamanda, “Aşıq” və “Yuxayayan qız” adlandırılan personajlar da bayram markaları silsiləsinə daxil edilib.
Hər markanın ölçüsü 28x40 mm təşkil edir. Eyni zamanda, 200 ədəd Birinci gün zərfləri də hazırlanaraq satışa çıxarılıb. Qeyd edək ki, 30 min tirajla çap olunan markaların rəssamı Nərmin Abdullayeva, dizayneri Anar Mustafayevdir.
Femida.az
Oxunub: 682
Oxşar xəbərlər
- Novruz tətili günlərində yol qəzalarında 16 nəfər ölüb
- Novruz bayramında 9 gün iş olmayacaq
- Novruzda əfv olacaqmı?
- Novruz bayramında bir həftə iş olmayacaq
- Novruz Məmmədov ADU-nun kollektivinə təqdim olunub
- Novruz Məmmədova yeni vəzifə verildi - RƏSMİ
- Novruz Məmmədovdan son əmr: Bu şəxslərin maaşları artırıldı
- Novruz Məmmədov DANIŞDI: “Hər şey artıq deyilib”
- Novruz Məmmədovdan qərar - Bu şəxslərin maaşı artırıldı
- Novruz Məmmədov “Şərəf Legionu” ordeni ilə təltif edildi - FOTOLAR