Muzdla işləyənlərin maaşı 557 manat olub
20:24 19 Mart 2019
Yanvar ayında ölkə iqtisadiyyatında muzdla çalışan işçilərin orta aylıq nominal əməkhaqqı 2018-ci ilin müvafiq dövrünə nisbətən 7,2 faiz artaraq 557,2 manat təşkil edib.
Dövlət Statistika Komitəsindən Femida.az-a verilən məlumata görə, əməkhaqqı neft sektorunda 2995,8 manat, qeyri-neft sektorunda 499,9 manat olub. Dövlət müəssisələrində çalışan işçilərin əməkhaqları 443,1 manat, özəl müəssisələrdə isə 707,1 manatdır.
Femida.az
Oxunub: 449