Putinlə Nazarbayev arasında gizli danışıqlar


20:40     19 Mart 2019 19_03_19_1553013700.jpg

Rusiya lideri Vladimir Putin bu gün günorta saatlarında Qazaxıstan prezidenti Nursultan Nazarbayevlə telefonla danışıb.
Femida.az xəbər verir ki, bu barədə TASS-a Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib.

O, Nazarbayevin istefasından əvvəl iki lider arasında təmasın olub-olmadığı barədə sualı cavablandırarkən deyib: "Bu gün gündüz prezident Putinin prezident Nazarbayevlə telefon söhbəti olub, amma biz bu danışığın məzmunu barədə informasiyaya malik deyilik. Kremlin mətbuat xidməti hazırda bunu heç cür şərh etmir".

Qeyd edək ki, bu gün Qazaxıstan Respublikasının prezidenti Nursultan Nazarbayev gözlənilmədən vəzifəsindən istefa verib. O, bu barədə qərarını televiziya vasitəsilə xalqa müraciətində bəyan edib.

Femida.az

Açar sözlər:

Oxunub: 564