Qadın əcnəbi vətəndaşı qarət etdi - Bakıda


21:12     19 Mart 2019 qadin%20ogurluq.jpg

Bakıda əcnəbi vətəndaşın pulunu oğurlayan qadın saxlanılıb.

Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən Femida.az -a verilən məlumata görə, Səbail Rayon Polis İdarəsinin 41-ci Polis Bölməsinə oğurluqla bağlı müraciət daxil olub.

Polis əməkdaşlarının daxil olmuş müraciət əsasında keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində martın 16-da əcnəbi vətəndaş T.Çodrinin 900 ABŞ dollarını oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakini S.Rəhimova tutulub. Faktla bağlı araşdırmalara başlanıb.

Femida.az

Açar sözlər:

Oxunub: 362