Fətullah Gülənin qardaşı evində ölü tapıldı


21:21     19 Mart 2019 2019/03/4256C338-89FE-4B53-B70B-376F380E83F2_1553016161.jpeg

Fətullahçı Terrör Təşkilatının (FETÖ) lideri Fətullah Gülənin qardaşı Saleh Gülən İstanbulda yaşadığı evində ölü tapılıb.

Femida.az xəbər verir ki, hüquq-mühafizə orqanları onun evinə baxış keçirərkən cəsədini aşkarlayıb.

Xatırladaq ki, Türkiyədə 15 iyul dövlət çevrilişinə cəhdinin əsas siması - FETÖ terror təşkilatının rəhbəri Fətullah Gülənin qardaşı Salih Gülən aparılan cinayət işində təşkilatın adından ianə toplamaqla məşğul olduğuna görə, barəsində həbs qərarı verilmişdi. Ona 5 ildən 10 ilə qədər həbs cəzası tələb olunurdu.

Femida.az

Açar sözlər:

Oxunub: 490