Bakıda yataqxanada yanğın olub


22:30     19 Mart 2019 balekende%20yangin%20oldu%20femida0.jpg

Bakı şəhərinin Nəsimi rayonunda beşmərtəbəli yataqxanada yanğın olub.

Femida.az FHN-ə istinadən xəbər verir ki, binanın 2-ci mərtəbəsində ümumi sahəsi 16 m² olan 1 otaqlı mənzilin eyvanının lambirindən ibarət yanar konstruksiyaları 5 m² sahədə yanıb.

Yanğın zamanı 4 nəfər bina sakini yanğınsöndürənlər tərəfindən təhlükəsiz əraziyə təxliyə olunub. Mənzil yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb

Açar sözlər:

Oxunub: 339