Bakıda yanğın - 12 nəfər təxliyə edildi


09:19     20 Mart 2019 19_03_20_1553059241.jpg


Bakı şəhərinin Nəsimi rayonunda beşmərtəbəli yaşayış binasının 1-ci mərtəbəsində ümumi sahəsi 100 m² olan kafenin 2 otağının taxtadan ibarət üzlüyü 10 m² sahədə yanıb, yüksək temperaturdan lambirindən ibarət tavanı 100 m² sahədə əriyib.


Femida.az FHN-in saytına istinadən xəbər verir ki, yanğın zamanı 12 nəfər bina sakini yanğınsöndürənlər tərəfindən təhlükəsiz əraziyə təxliyə olunub. Kafenin qalan hissəsi və mənzillər yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Femida.az

Açar sözlər: #yanğın  

Oxunub: 366