DİN əməkdaşkları 26 cinayətin üstünü açdı - Son bir gündə


11:24     20 Mart 2019 korrupsiyaya-qarsi-idare-vezifeli-qadini-hebs-etdi.jpg


Martın 19-dan 20-dək daxili işlər orqanları tərəfindən, gün ərzində törədilmiş 26 cinayətin üstü “isti izlər”lə açılıb.


Daxili İşlər Nazirliyindən Femida.az-a verilən məlumata görə, əvvəlki dövrlərdən bağlı qalmış 5 cinayətin açılması təmin olunub.
Axtarışda olduğuna görə ümumilikdə 31 nəfər, o cümlədən mülki-hüquqi öhdəliklərin icrasından yayındığına görə 2 nəfər, borclu şəxs qismində axtarışda olan 12 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.

Daxili işlər orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 10, qanunsuz saxlanılan silah-sursatla bağlı 2 fakt müəyyən edilib.

Cinayət törətməkdə şübhəli bilinən 25 nəfər saxlanılıb.

Femida.az

Açar sözlər: #polis   #DİN   #cinayət   #kriminal  

Oxunub: 731