Mübahisəyə görə tutulanlarda həblər aşkarlandı


13:13     20 Mart 2019 2019/03/95254712-869D-4C8D-9340-A505EB8A32AF_1553073350.jpeg

Mingəçevir şəhərində mübahisə etdikləri üçün saxlanılan gənclərin üzərində narkotik tərkibli həblər aşkarlanıb.

Femida.az DİN-ə istinadən xəbər verir ki, martın 19-da Mingəçevir şəhərinin A.Məmmədov küçəsində xidmət aparan polis əməkdaşları ictimai asayişi pozan 2 nəfəri saxlayaraq şöbəyə gətiriblər.

Araşdırmalarla onların Mingəçevir sakini Ə.İsgəndərov və Göyçay rayon sakini R.Kərimov olduqları müəyyən edilib. Şəxsi axtarış zamanı R.Kərimovdan 20 ədəd tramadol, 6 ədəd lirika və 2 ədəd mamba həbləri aşkar edilərək götürülüb.

Araşdırma aparılır.

Femida.az

Açar sözlər:

Oxunub: 281


Oxşar xəbərlər