Ana və qızını vurub qaçdı


13:29     20 Mart 2019 piyada1.jpg

Bakıda ana və qızını maşın vurub.

Femida.az DİN-ə istinadən xəbər verir ki, martın 18-də saat 21 radələrində paytaxtın Nizami rayonu Q.Qarayev prospektində müəyyən edilməmiş avtomobillə yolu keçən Bakı şəhər sakinləri X.İmanova və azyaşlı qızı vurulub. Onlar xəstəxanaya müraciət etməyiblər.

Yol-nəqliyyat hadisəsinin “VAZ-21074” markalı avtomobillə törədildiyi müəyyən edilib. Yol qəzasını törədərək hadisə yerindən yayınmış həmin nəqliyyat vasitəsini idarə edən paytaxt sakini E.Alışov saxlanılıb.

Faktla bağlı Nizami Rayon Polis İdarəsində araşdırma aparılır.

Femida.az

Açar sözlər:

Oxunub: 363