Türkiyədə şiddətli zəlzələ


13:44     20 Mart 2019 zelze%20444.jpg

Türkiyənin qərbində səhər saatlarında 6.2 bal gücündə zəlzələ baş verib.

Femida.az xəbər verir ki, bu barədə Avropa Aralıq Dənizi Seysmoloji Mərkəzi məlumat yayıb.

Yeraltı təkanlar Bakı vaxtı ilə 10:34 radələrində qeydə alınıb. Zəlzələnin episentri Acıpayam şəhərindən 16 kilometr cənubdadır. Zəlzələ 27 kilometr dərinlikdə baş verib.

Hadisə nəticəsində ölən və yaralılar yoxdur.

Femida.az

Açar sözlər:

Oxunub: 422