General bayramı İrandan olan həmkarilə birlikdə qeyd edəcək


14:30     20 Mart 2019 2019/03/55C59BC7-FC08-46DE-8F1C-7B802F67C856_1553077932.jpeg

Dövlət Sərhəd Xidmətinin (DSX) rəisi general-polkovnik Elçin Quliyev Novruz bayramını İrandan olan həmkarı ilə birlikdə qeyd edəcək.

DSX-dan Femida.az-a verilən məlumata görə, 2019-cu ilin mart ayının 20-dən 21-nə keçən gecə Azərbaycan Res­publikası Dövlət Sərhəd Xidmətinin rəisi general-polkovnik Elçin Quliyevin və İran İslam Respublikasının Sərhəd Qoşunlarının Komandanı general-mayor Qasım Rzayinin rəhbərliyi altında nümayəndə heyətləri “Novruz” bayramını Biləsuvar istiqamətində bilavasitə dövlət sərhədində birgə qeyd edəcəklər.

Femida.az

Açar sözlər:

Oxunub: 424