Dərbənddə Novruz bayramı belə qeyd edildi - FOTO + VİDEO


14:38     20 Mart 2019 2019/03/C0AA7094-F4C1-4121-BABB-BB7033254375_1553078741.jpeg

Azərbaycan tarixində xüsusi yeri olan “Dəmir qapı” Dərbənddə şəhər sakinləri və qonaqlar üçün Novruz şənliyi təşkil olunub.

Femida.az xəbər verir ki, Dərbənddə fəaliyyət göstərən Azərbaycan Dövlət Dram Teatrının aktyoru "Dədə Qorqud" obrazında şənlik iştirakçılarını salamlayıb, milli geyimli çapar Azərbaycan musiqisinin sədaları altında bayram tonqalını alovlandırıb.



Şəhərin tarixi abidələrindən olan “Orta Qapı”dan Cümə məscidinə qədər küçə boyunca üzərində Azərbaycan yeməkləri, şirniyyatları və səməni olan süfrə açılıb.

Dram Teatrının aktyorlarının “Kosa və Keçəl” tamaşası, Dağıstanın estrada ulduzlarının çıxışları, "Xəzər” Dövlət rəqs ansamblının və məktəblilərin ifaları bayram tədbirini daha da zənginləşdirib.

Qeyd edək ki, tədbirin keçirildiyi Qədim Dərbənd qalası əsrlər boyu yurdumuzun iç qalası kimi şöhrətlənmişdir. Dərbənd keçidi boyunca olan torpaqlarda yaşamış ulu babalarımız bu keçidi daim öz əllərində saxlamış, möhkəmləndirmişdir. Şimaldan Azərbaycana və başqa cənub ölkələrinə hücum edən tayfalar həmişə bu keçiddən istifadə etmişlər.



Açar sözlər:

Oxunub: 1204